Haqqında

 

  “Demirchi Tower” 2013-cü ilin May ayında istismara verilmişdir. 25 mərtəbəli iş mərkəzi bir çox Səfirliklərə, viza mərkəzlərinə ev sahibliyi edir. Bina, qonaqların rahat şəkildə giriş-çıxışını təmin etmək məqədi ilə, 24 saat iş rejimi ilə fəaliyyət göstərir.


• Qonaqların avtomobillərini rahat və təhlükəsiz şəkildə park etməsi üçün, binada 30 mərtəbəli avtodayanacaq xidmət göstərir.
• Eyni zamanda qonaqların və müştərilərin rahatlıqlarının təmin edilməsi məqsədi ilə restoran, kafe, bank, ödəniş terminalları, tur şirkətləri , viza şöbələri və aviakassalar yer alır.
1-25 ci mərtəbələrə çıxmaq üçün 9 ədəd sürətli lift, 2və 3-cü mərtəbələrə çıxmaq üçün 2 ədəd ponarama lift, birbaşa restorana çıxmaq üçün 1 ədəd xüsusi lift və ağır çəkili və iri qabaritli əşyaların daşınması üçün 1 ədəd servis lifti xidmət göstərir.
“Demirchi Tower”in 15,22 və 23 –cü mərtəbələri, göstərdikləri əlavə xidmətlərə görə fərqlənən, “VİP” mərtəbələr kimi fəaliyyət göstərir.
Təhlükəsizliyin yüksək səviyyədə olması üçün quraşdırılmış İRİS Control sistemi (göz qeydiyyatı ilə keçid ) kənar şəxlərin binaya daxil olaraq, sizin rahatlığınızı pozmağa imkan verməyəcək.
Bina daxili yarana biləcək istənilən şikayət, rəy və təkliflərinizi bildirməyiniz üçün “Demirchi Tower” adminstrasiyası sizi qarşılayacaqdır.

 

 

Administrasiya

Bina daxili yarana biləcək istənilən növ şikayət,rəy,istəkləriniz və suallarınız üçün “Demirchi Tower” administrasiyası hər zaman xidmətinizdədir. Administrasiya binanın 2ci mərtəbəsində yerləşir. Şikayət və təkliflər,ofis və konfrans zallarının icarələri və digər bu tip müraciətləriniz üçün 2-ci mərtəbədə yerləşən satış şöbəsinə yəni menecerlərimizə müraciət edə bilərsiniz.

Əlaqə səhifəsində bütün zəruri əlaqə vasitələri qeyd olunub.

 

 

Binada var:


Restoran

Binanın 25-26-cı mərtəbəsində “Gate 25” restoranı fəaliyyət göstərir.Restoranın 25-ci mərtəbəsi “club” 26-cı mərtəbəsi isə “a la carte” kimi fəaliyyətdədir.Bundan əlavə yay aylarında restoranın 26-cı mərtəbəsində yerləşən açıq terrasdan da istifadə edə bilərsiniz. 12:00-dan 15:00-a qədər “Business lunch” üçün xüsusi ayrılmış hissədə görüşlərinizi keçirə bilərsiniz.

 

Fitness

Binanın 25-26-ci mərtəbəsində həmçinin Fitness zalı “Fitnessmania” yerləşir.2mərtəbəli zalın 1-ci mərtəbəsində türk hamamı,sauna, masaj, geyim və duş otaqları yerləşir. 2-ci mərtəbə də isə siz yoga və fitness zalını istifadə edə bilərsiniz.

 

Bank

Foyedə qonaqların və sakinlərin istifadəsi üçün “Muğan Bank” fəaliyyət göstərir.Burada valyuta mübadiləsi,pul köçürmələri və s. bank fəaliyyətlərini həyata keçirə bilərsiniz.

 

Avia bilet satışları

“Türk Hava Yolları” , “SF Travel” bütün istiqamətlərə aviabiletlərin satışı ilə məşğuldur.

 

Viza şöbələri

Böyük Britaniya,Fransa və bir çox Baltik yanı ölkələrin viza şöbələrini binada tapa bilərsiniz. “TLS Contact” (Teleperformance) viza müraciət mərkəzi İngiltərə və Fransaya, “Gateway Global” isə Latvia,Litva,Çexiya,Polşa və s. ölkələrinə vizaların hazırlanması ilə məşğul olur.

  

FOYE

Reception

Bina və xidmətlər haqqında məlumat almaq və gələn qonaqların qeydiyyata alınıb,yönləndirilməsi üçün Foyedə Reseptionu görə bilərsiniz.

My default image 

Foyedə 25-ci mərtəbədə yerləşən Restorana, 2 və 3cü mərtəbələrdə yerləşən viza müraciət mərkəzlərinə qalxmaq üçün xüsusi ayrılmış liftlər vardır. 


Turniketlər

Qeydiyyatdan keçmiş əməkdaşlar üçün ayrılmış turniketlər

My default image 

 

 

 

Xidmətlər

İş rejiminizi daha komfortlu və keyfiyyətli etmək üçün bina bütün lazimi avadanlıqlarla təmin edilmişdir.

Qeydiyyat xidməti, gələn qonaqlarınızı rahat , asan şəkildə qeydiyyata alır və şirkətinizin yerləşdiyi mərtəbəni izah edir. 

Vale Xidməti avtomobilinizi birbaşa giriş qapısından təhvil almanıza( verməyinizə) köməklik göstərəcəkdir.

Ofisinizə göndərilmiş poçt və məktubları, “Demirchi Tower”in kuryer xidməti vasitəsi ilə sürətli və etibarlı şəkildə əldə edə bilərsiniz.

“Demirchi Tower” də tədbirlərinizin keçirilməsi üçün 1 böyük, 2 kiçik həcmli Konfrans zalı fəaliyyət göstərir. 

30 mərtəbəli avtodayanacaq, avtomobillərinizi park etməniz üçün, saat 07:30-dan , 21:00-dək fəaliyyət göstərir.

Xidmətlər image

Demirchi towera necə gəlmək olar?

Demirchi Tower Xətai rayonu Xocalı prospekti 37. AZ1025 ünvanında, Xətai metrosunun yaxınlığında (7 metrliyində) yerləşir.

İctimai Nəqliyyat vasitələri

Bina Xətai metrostansiyasının yanında yerləşdiyi üçün

Metroyla

“28 May” metro stansiyasından bir başa “Xətai” metrostansiyasına,
Digər metrostansiyalardan Şah İsmayıl Xətai metrostansiyasına gəlmək üçün
28 May metrostansiyasına keçid edərək - Şah İsmayıl Xətai metrostansiyasına gələ bilərsiniz.

Avtobusla

Bir başa
14 nömrəli -20 yanvar metrostansiyası -Xətai metrostansiyası

4 nömrəli-Nərimanov metrostansiyası- Xətai metrostansiyası

 

 

Yaxınlıqdakı xidmət sahələri

Bina yaxınlığındakı restoranlar-Sumakh, Yuka , Badam, Banklar-Unibank, AG bank, Kapital Bank, Beynalxalq Bank

mağazalar-Bon appetit,Azza,Bazarstore