Qeydiyyat xidməti

Gələn qonaqlarınızın gülər üzlə qarşılanması,ofinizə yönləndirilməsi və qonaqlarınızın gəlişləri barəsində sizlərə xəbərdarlıq edilməsi üçün foyede reception yerləşdirilmişdir.Reception 08:30-dan 20:00-a qədər xidmət göstərir. 

  • Qonaqlarınız Receptiona yaxılaşaraq hansı şirkəti ziyarət edəcəkləri və orada kiminlə görüşmək istədikləri barəsində əməkdaşlarımıza məlumat verirlər,
  • Reception tərəfindən müəyyən olunmuş şirkətlə əlaqə saxlanılır və ziyarət edilmək istəyən şəxsdən bu görüşün onun üçün uyğun olub-olmadığı soruşulur.
  • Təsdiq alındıqdan sonra qonaqlar qeydiyyata alınırlar
  • 1dəfəlik giriş üçün onlara təqdim edilən kart vasitəsi ilə qonaqlar üçün xüsusi olaraq ayrılmış turniketdən keçərək, ofisə qalxırlar. Bina sakinlərinin təhlükəsizliyi və komfortu üçün: 
  • Qeydiyyata alınmadan qonaqların ofisə daxil olması məsləhət görülmür
  • Şəxsi giriş qeydiyyatınız(iris control) vasitəsi ilə qonaqlarınızı turniketdən keçirməyiniz yol verilməzdir.

Əgər qonaqlarınızın Receptionda təsdiq zəngini gözləmədən ofisə daxil olmaqlarını istəyirsinizsə,qonaqlarınızın gəlişi barəsində Receptiona öncədən məlumat verə bilərsiniz.

Şirkət Rəhbərlərinin şəxsi müşaəti ilə gələn qonaqlar heç bir qeydiyyata alınmadan mühafizə əməkdaşlarımız tərəfindən turniketlərdən keçirilə bilərlər. Əgər çox önəmli qonaqlarınız olarsa onlar üçün xüsusi ayrılmış VİP girişlərdən, öncədən bu barədə məlumat verdikdən sonra istifadə edə bilərsiniz.